
Uzman Dr. Nihad Yunusov 1997–2003-cü illərdə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsində təhsil almış, 2013–2018-ci illərdə isə Türkiyədə Gülhane Askeri Tıp Akademiyasında uroloq ixtisasını tamamlamışdır. O, uroloji sahəsində müxtəlif beynəlxalq kurs və konqreslərdə iştirak edərək təcrübəsini daim inkişaf etdirmişdir. 2018–2025-ci illərdə Mərkəzi Klinik Hərbi Xəstəxanada uroloq-androloq kimi çalışmış, 2025-ci ildən etibarən Liv Bona Dea Xəstəxanasında fəaliyyətini davam etdirir. İxtisas sahələri: sidik yolları daşları, prostat xəstəlikləri, uşaqlarda və qadınlarda uroloji problemlərin müalicəsi, endoskopik və laparoskopik əməliyyatlar, varikosel cərrahiyyəsi və uro-onkoloji xəstəliklərin müasir üsullarla müalicəsidir.
Uzman Dr. Nihad Yunusov
Təhsil:
- Azərbaycan Tibb Universiteti- Hərbi Tibb fakultəsi-1997-2003
- Gülhanə Hərbi Tibb Akademiyası- Uzman uroloq ixtisası-2013-2018
İş təcrübəsi
- Mərkəzi Klinik Hərbi Hospital- Uzman uroloq-androloq-2018-2025
- Liv Bona Dea Hospital- Uzman uroloq-androloq-2025 Davam edir
Kurs və seminarlar:
- 2015-ci il “Cadaveric Model Retrograde İntrarenal Surgery For Stone Disease” Kursu, Türkiyə Ankara
- 2016-ci il 3- Cü Ulusal Ürolojik Cerrahi Derneyi Kongresi Türkiyə, Ankara
- 2017-ci il 12. Ulusal Endoüroloji Kongres, Türkiyə, Kapadokya
- 2017-ci il “12. Ulusal Androloji Kongresi”,Türkiyə, Bodrum
- 2018- ci il “Pelvik Taban Canlı Cerrahi Simpozyumu,Türkiyə İstanbul
- 2018-ci il 1. Pediatrik İnkontinans Değerlendirme ve Pediatrik Pelvik Taban Rehabilitasyonu Eğitimi kursu, Türkiyə, Ankara
İxtisaslaşdığı sahələr:
- Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) daşları.
- Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) iltihabi xəstəlikləri.
- Prostat vəz xəstəlikləri (adenoma, prostatit)
- Uşaq urologiyası (VUR, hipospadias, epispadias)
- Gineko-urologiya (sidiksaxlamamazlıq, sistit, vezikovaginal fistula)
- Prostat vəzinin xoşxassəli hiperplaziyasının ( adenoma) endoskopik ( kəsiksiz ) müalicəsi
- Böyrək sidik axarı, sidik kisəsi daşlarının qapalı (kəsiksiz) cərrahi müalicəsi
- Böyrək və sidik kisəsi , prostat vəzi törəmələrinin kəsiksiz cərrahi müalicəsi
- Mikroskopik varikoselektomiya
- Laproskopik böyrək əməliyyatları (böyrək kisti, böyrək çıxarılması, piyeloplastika)
- Laproskopik böyrəküstü vəzin çıxarılması
- Uretra darlığının müalicəsi